AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Abidələr

Şuşa (işğala qədər)

Abidələr

Təbiət

digər şəkillər

 

 

 

 

 

 

 

 

 

twitter.com/karabakhblog
 
 

 
Politoloq: “Rusiya müsbət addımlar atmasa, Azərbaycan gələn il Qəbələ RLS-in boşaldılmasına qərar verə bilər”
29.07.2010, 11:15

Politoloq Rasim Musabəyovun Milli.Az xəbər portalına müsahibəsi     

 - Azərbaycan və Ermənistan yenilənmiş Madrid prinsiplərində razılığa gələ bilmədi. Bunu ATƏT-in Minsk qrupunun missiyasının fiaskosu kimi qiymətləndirmək olarmı?     

 - İlin əvvəlindən hiss olunurdu ki, Afinada təqdim olunmuş Madrid Prinsiplərini ermənilər qəbul etmək niyyətində  deyil. Və öz ənənəvi “dayılarına” yalvararaq, vaxtı uzatmağa çalışırdılar. Sankt - Peterburqda bu açıqlanmasa da, nəhayət ki, ermənilərin istəyinə uyğun hansısa dəyişikliklər təklif olunub. Təbii ki, bu, Azərbaycan üçün məqbul deyil və biz onu, Rusiyanın təklifi kimi qəbul etmirik. Madrid prinsipləri həmsədrlər tərəfindən təqdim olunub və o şəkildə Azərbaycan tərəfi qəbul edib. Ermənilər isə bundan boyun qaçırırlar. Rusiya onların arxasında duracaqsa, Ermənistandan konstruktivlik gözləməyə dəyməz. Ancaq paralel olaraq heç də xoşa gəlməyən proseslər baş verir, yəni silahlanma, hərbi gərginliyin  artması və s. Bu, danışıqlarda  irəlləyiş olmadan hansısa xoşa gəlməyən proseslərin heç kimin istəmədiyi müstəviyə keçməsinin mümkünlüyündən xəbər verir. 

 - Yəni, müharibə hər an başlaya bilər?   

 - Mən hesab etmirəm ki, o saat müharibə başlanacaq, ancaq hərbi toqquşmaların sayı arta və hansısa məqamda hadisələr nəzarətdən çıxa bilər. Bəli, sülh yolu ilə problem həllini tapmasa, proseslər bu istiqamətə yönələ bilər. Qeyd edim ki, Rusiyanın  Azərbaycanda bir çox maraqları var. Оnlar istədiklərinə qarmşı ya rədd və yaxud da müəmmalı cavab alacaqlar. Eyni zamanda ABŞ-ın Azərbaycana bir çox maraqları var ki, onlar da gerçəkləşməyəcək. Əslində ermənilər böyük dövlətlərə arxalanaraq öz iddialı çıxışlarını davam etdirirlər. Ancaq nəticədə tək Ermənistan yox, o dövlətlər də nəyi isə itirməli olacaqlar.  

 - Son zamanlar bəzi erməni siyasətçiləri tərəfindən Ermənistanın qondarma “DQR” i tanınması çağırışları səsləndirilir...  

 - Onlar çox böyük səhvə yol verir, çünki, bu qərar onların imkanları xaricindədir. Əgər Ermənistan bunu özbaşına- ABŞ, Fransa, Rusiya və s. ölkələrin icazəsi olmadan  həyata keçirsə, bu heç nəyi dəyişməyəcək. Bunun müqabilində Ermənistan xeyli sayda itki verəcək. Təbii ki, bu halda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək imkanı var. Necə ki, vaxtilə Şimali Kiprlə bağlı, Rodeziya ilə bağlı məsələlər Təhlükəsizlik Şurasında rədd olunaraq pislənmişdi. Eyni qərar Ermənistanın atacağı addımla bağlı verilə bilər və bununla da onların iddiaları üzərindən beynəlxalq təşkilatlar xətt çəkmiş olar. Biri var ki məsələ müəmmalı qalsın, biri də var ki, onun üzərindən xətt çəkilsin. Bundan başqa Təhlükəsizlik Şurası buna adekvat cavab vermədiyi halda, Azərbaycanın tam hüququ çatır ki, ərazisindən erməni qoşunlarının tamamilə çıxarılmasına vaxt qoysun. Əks halda Azərbaycan atəşkəs rejimindən çıxır və buna görə heç bir dövlət bizi qınamaq iqtidarında olmayacaq. Odur ki, Ermənistan bu ağılsız addımı atmaq üçün hələ çox götür-qoy etməlidir. Cəsarətləri çatırsa, buyurub həyata keçirsinlər.

- ABŞ-ın Azərbaycanda hərbi bazasını yerləşdirməsi müqabilində, Vaşinqtonun  ermənilərə işğal olunmuş torpaqların qaytarılması ilə bağlı güclü təsir göstərməsinə ümid etmək olarmı? 

 - Vaşinqtonun Azərbaycanda baza yerləşdirmək söhbəti hələ ki, ortada yoxdur. Lakin, elə Amerikanın köməyi ilə müasirləşdirilmiş Azərbaycanın infrastrukturundan ABŞ-ın istifadəsi barədə müraciətlər olunur. Rusiya ermənilərin iddialarının arxasında duracaqsa, gərək anlasın ki, Ermənistana adekvat dəstəyi müqabilində, Azərbaycan bu məsələlərdə indiyə qədər saxladığı məsafəni poza bilər və ABŞ-ın konkret müraciətləri nəzərdən keçirilə bilər.   

 - Metyu Bzayzanın Azərbaycana səfir təyin olunmasının bizə nə dərəcədə xeyri ola bilər? Niyəsə ermənilər Brayzanın səfir təyin olunmasından çox təşvişə düşüblər.  

 - Azərbaycanın xeyrinə olub-olmamasından söhbət getmir, hər bir halda Azərbaycanın xoşuna gəlməyən adama burada aqreman verməzlər. Yəni bizim üçün məqbul sayılmayan, hansısa bir ermənipərəst şəxsin Azərbaycana səfir təyin olunması qeyri-mümkündür. Brayza birinci növbədə ABŞ-ın maraqlarına cavab verən bir şəxsdir. Ona görə ki, iki dövlət arasında komunikasiya vacibdir və səfir bu əlaqələri təmin edən şəxs olmalıdır. Bu baxımdan Brayza kifayət qədər əlverişli və uğurlu bir namizədir. O bölgəni yaxşı tanıyır, problemləri bilir, təkcə iqtidarla yox, müxalifətlə, vətəndaş cəmiyyətilə, media ilə münasibəti var. Ona nəyi isə izah etməyə ehtiyac qalmayacaq. Hesab edirəm ki, bu, ikitərəfli münasibətləri irəli aparmaq üçün çox müsbət bir amildir. Sadəcə olaraq ABŞ doğrudan da Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədirsə və deyilən strateji partnyorluq sözdə  deyil hansısa konkret parametrləri almalıdırsa, Brayza bu baxımdan əlverişli bir namizəddir.  - Yeri gəlmişkən, Gürcüstan prezidenti Azərbaycana konfederasiya qurmaq təklif edib. Bu ideya nə dərəcədə səmərəlidir?  

 

 - Fikrimcə, indi konfederativ dövlətin qurulması haqda düşünmək lazım deyil. Müasir dövrdə bu cür konfederativ birliklər lokal şəkildə davamlı olmayıb və nəticə gətirməyən bir xətt kimi görünür. Vaxtilə çox yaxın dövlətlər olan Suriya ilə Misir konfederasiyası baş tutmadı. Bu cür təşəbbüslər həmişə nəticəsiz qalıb və bu, praktik şəkildə mümkünsüzdür. Bu, daha çox münasibətlərin strateji partnyorluq səviyyəsində olmasına bir işarədir. Saakaşvili indiki münasibətlərdən daha da uzaq getməyə hazır olduğunu bildirir. Bu ifadə dolayısı yolla ruslara acıq verməkdən başqa bir şey deyil.  

 -  Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda hansı vasitə ilə Rusiyanın tam dəstəyini qazana bilər?  - Elə məsələlər var ki, onlar Rusiyaya daha vacibdir, nəinki bizə. Biz Rusiyanın bölgədə maraqlarını anlayırıq və onları nəzərə almağa hazırıq. Bir şərtlə ki, bu, bizim suverenliyimizlə və  konkret maraqlarımızla ziddiyyət təşkil etməsin. Bu baxımdan Azərbaycanın davranışı kifayət qədər peşəkardır. Bizə irad tutmağa onların heç bir əsası yoxdur. Ancaq onlar öz istək və maraqlarını ortaya qoyaraq, bizdən müsbət cavab gözlədikləri halda, eyni zamanda bizim torpaqlarımızı işğal edən dövlətə himayədarlıq etməkdən çəkinməlidir. Dmitriy Medvedev Azərbaycana Ermənistandan gələcək. O, əliboş gələcəksə, əbəs yerə özünə əziyyət verir, çünki bu halda Azərbaycandan da əliboş qayıdacaq. Bu, aksiomadır. Lakin Rusiyanın Azərbaycandan konkret istəkləri var. Tutaq ki, Azərbaycanın iştirak etdiyi Nabukko layihəsini ruslar mənfi qəbul edirlər, ölkəmiz bu məsələdə fəal iştirakçı da ola bilər, müəyyən məsafə də saxlaya bilər. Burada seçim Azərbaycanın olmalıdır. Ancaq biz heç də Rusiyaya xoş getsin deyə bu addımları atası deyilik. Misal olaraq deyim ki, Moskva qazın qiyməti məsələsində Azərbaycanla razıliğa qəlməsində olduqca maraqlıdır. Bu, Azərbaycanın maraqlarına cavab verir, ona görə ki, biz qaz bazarında qiyməti öldürən rəqabətdə maraqlı deyilik. Lakin bu Avropa maraqları ilə ziddiyət təşkil edir. Azərbaycan bu məsələdə Rusiya ilə birgə çıxış etdikdə, bu Türküyə və Avropadakı partnyorlarımızın xoşuna gəlmir. Dövlətimiz bu seçimi edirsə, Rusiya da öz növbəsində Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bundan başqa, tutaq ki, bu gün Rusiya demək olar ki, Qafqazda komunikasiyalardan məhrum olunub, onun Ermənistanda yerləşən hərbi birliyinin Rusiya ilə komunikasiyasi yoxdur. Ora nəsə çatdırmaq böyük problemdir. Hava yolundan başqa, bir yolları qalıb ki, o da Xəzərin üzərindən İrandan keçib sonra Ermənistana daxil olmaqdır. Bu, Rusiyanın son ABŞ sanksiyalarına qoşulandan sonra demək olar ki, əlindən çıxan son komunikasiya xətti idi. Bu cür olduğu halda onlar zəhmət çəkib erməniləri başa salsınlar ki, Azərbaycandan Ermənistana komunikasiyalar açılsın. Və yaxud 2012-ci ildə Qəbələ RLS-nin vaxtı bitir. Ruslar konkret olaraq, 2010-cu ili itirməmək şərtilə, konfiliktin həllində doğrudan da müsbət təsir edən tərəf kimi çıxış edəcəyi halda Aərbaycan bu RLS-dən bundan sonra da istifadə edib-etməməsini nəzərdən keçirə bilər. Rusiyanın buna bənzər stansiyası Armavirdə də var, ancaq Qəbələ RLS Amerika ilə raket əleyhinə qlobal müdafiə sisteminin hissəsi kimi, bir alver predmetidir. Və Rusiya tərəfindən müsbət addımların atılmadığını gördükdə hesab edirəm ki, 2011-ci ildə Azərbaycanın əsası var ki, bazanın boşaldılması ilə bağlı qərar versin. Orada təxminən 1000 nəfərə yaxın rus hərbçisi var. O halda biz də belə deyə bilərik ki, qoy zəhmət çəkib şələ-şülələrini yığıb, Qəbələni tərk etsinlər. Əgər bu məsələ ortaya çıxsa, onda hadisələrin bu cür cərəyan etmə mümkünlüyü qaçılmazdır. Buna bənzər başqa məsələlər də var, hansı ki, heç də Rusiyanın istəyi ilə həll olunmayacaq. Rusiya Xəzər dənizində KASFOR adlanan bütün dövlətlərin təhlükəsizliyi ilə bağlı bir təşəbbüslə çıxış edir. Azərbaycanın burada çox önəmli mövqeyi ondan ibarətdir ki, Xəzərdə ən müasir və əlverişli dəniz donanmasının bazası Bakıdadır. Bu, hələ Sovet dövründən belədir. KASFOR çərçivəsində onların öz Həştərxan bazası qışda donur. Buna görə onlar Azərbaycanın imkanlarından istifadə etmək istəyirlər, ancaq dediyim kimi hər münasibət qarşılıqlı olmalıdır. Azərbaycan Rusiya tərəfdən haqlı tələblərinə cavab verən dəstəyi görmədən, təbii ki, onların belə müraciətləri ya rədd olunacaq, ya da cavabsız qalacaq.

- Artıq 16 ildir ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedir. Belə təsəvvür yaranır ki, zor işlətmədən biz Qarabağı geri qaytara bilməyəcəyik.

- Azərbaycan tələm-tələsik hansısa bir addımı atmağa çalışmalı deyil. Böyük dövlətlərin Azərbaycana müraciətləri yenə də gündəlikdədir. Ermənilərin yeganə ümidi onadır ki, Azərbaycan tərəfi tələskənliyə yol verərək hansısa bir düşünülməyən addım atacaq və onlar bu şansdan bəhrələnəcək. Ermənistana şans vermək olmaz, biz onları ardıcıl olaraq küncə sıxmaq siyasətimizi davam etdirməliyik. Onların səbrləri çatmayıb hansısa addımı atarsa, erməniləri “əzmək” üçün bizə şans verərlərsə, biz bundan istifadə etməyə tam hazır olmalıyıq. Bunun üçün ordu gücləndirilməlidir, diplomatik və təbliğat sahəsində hazırlıq getməlidir. Təkrar edirəm, bizim əlimizdə müəyyən imkanlar yaranıb. Ancaq bunlardan istifadə etmək üçün adekvat olaraq hərbi imkanlarımız olmalıdır. Və bu istiqamətdə işlər davam etdirilməlidir, çünki bunun təsir gücü heç də zəif deyil. Erməniləri torpaqlarımızdan rədd edib çıxarmaq üçün real imkanlarımız var, bunun özü də Ermənistanı himayə edən dövlətləri, onların başına ağıl qoymağa sövq edəcək. 

 



   

Oxunub: 33     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri Ağdərə istiqamətində qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər
08.09.2010
 Rene van der Linden: “Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirir”
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttindədirlər
07.09.2010
 Bernar Fasie: “Dünənki bəyanatımızda tərəflərə dekabra kimi nəzərə tutulan görüşlərin proqramını təklif etmişik”
07.09.2010
 “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin müzakirəsinin vaxtı dəyişdirilib
07.09.2010
 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs pozuntularını qətiyyətlə pisləyib
07.09.2010
 ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlib
07.09.2010
 Piter Semnebi: “Məcburi köçkün problemi Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir”
06.09.2010
 Bayram Səfərov: “Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir”
06.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən silahlı insidentlərə münasibət bildiriblər
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100