AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Şuşa (işğala qədər)

Şuşa (işğala qədər)

Şuşa (işğala qədər)

Təbiət

Abidələr

digər şəkillər

 

 

 

 

 

 

 

 

 

twitter.com/karabakhblog
 
 

Qarabağ abidələri
 
Ziyafət Əsgərov: “NATO Parlament Assambleyasının prezidenti söz verdi ki, payızda Dağlıq Qarabağ məsələsinə baxılacaq”
30.07.2010, 13:55

“Ötən sessiyada NATO Parlament Assambleyasının sədri Con Tannerlə görüşərkən belə bir tələb ortaya qoydum ki, nəyə görə bu hərbi-siyasi təşkilat Dağlıq Qarabağ məsələsinə münasibət bildirmir. Con Tanner də bizim tələbimizi anlayışla qarşıladı və söz verdi ki, payızda bu məsələyə baxılacaq. Dağlıq Qarabağ münaqişəsinə Avropa Şurası, Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası münasibət bildirib. Nədən NATO Parlament Assambleyası öz reaksiyasını bildirməsin?” Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib.

O bildirib ki, 1992-ci ildən indiyə kimi Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bütün qərar və qətnamələri NATO PA-nın prezidenti Con Tannerə təqdim edib.

Z. Əsgərov Ermənistan tərəfinin məsələ ilə bağlı narahatlığının başadüşülən olduğunu söyləyib: “Ermənistan tərəfinin narahatlığı həmişə olacaq və olmalıdır da. Çünki onlar özləri də anlayırlar ki, başqa bir ölkənin torpaqlarını zəbt ediblər, işğalçı siyasət yürüdürlər. Onlar beynəlxalq təşkilatların bu barədə qərar qəbul etməsini istəmirlər” . 

 Z. Əsgərov Ermənistanın getdikcə beynəlxalq aləmdən təcrid olunmağa başladığını vurğulayıb: “Ermənistan getdikcə divara sıxılır. Maraqlıdır ki, bu divar qurtarandan sonra onlar hara gedəcəklər?”  Qeyd edək ki, Ermənistan parlamentinin sədri Ovik Abramyan NATO PA-nın prezidenti Con Tannerə məktub göndərərək təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair hazırlanan hesabata narahatlığını bildirib.

Xatırladaq ki, NATO Parlament Assambleyasının payız sessiyası noyabrda Varşavada keçiriləcək.

 



   

Oxunub: 36     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri Ağdərə istiqamətində qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər
08.09.2010
 Rene van der Linden: “Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirir”
08.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttindədirlər
07.09.2010
 Bernar Fasie: “Dünənki bəyanatımızda tərəflərə dekabra kimi nəzərə tutulan görüşlərin proqramını təklif etmişik”
07.09.2010
 “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin müzakirəsinin vaxtı dəyişdirilib
07.09.2010
 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs pozuntularını qətiyyətlə pisləyib
07.09.2010
 ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlib
07.09.2010
 Piter Semnebi: “Məcburi köçkün problemi Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir”
06.09.2010
 Bayram Səfərov: “Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir”
06.09.2010
 ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən silahlı insidentlərə münasibət bildiriblər
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100