AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Xəritələr

Abidələr

Təbiət

Təbiət

Şuşa bu gün

digər şəkillər

 

 

 

 

 

 

 

 

 

twitter.com/karabakhblog
 
 

Qarabağ abidələri
 
Vəfa Quluzadənin yuxusu..
21.07.2009, 02:37

«Dəyirmi stol. İlham Əliyev, Serj Sarkisyan, Dmitri Medvedev stolun ətrafında əyləşiblər. Medvedev deyir: «Əziz dostlar, siz ikiniz də Rusiyanın dostusunuz, deməli, bir-birinizə düşmən ola bilməzsiniz. Qarabağ münaqişəsini Rusiya həll edəcək, siz bircə səbir edin. Səbirli olun, qoyun İran nüvə silahını icad etsin, ondan sonra hamımız Amerikanın əleyhinə çıxış edə bilərik». Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, bu səhnəni prezidentlərin Moskva görüşündən iki gün sonra yuxuda görüb. Deyir ki, fikrindəki yuxusuna girib - əmindir ki, Rusiya Qarabağla bağlı ancaq öz maraqlarını fikirləşir, hələlik bu ona sərf eləmir, münaqişənin həlli ancaq Rusiya çökəndən sonra mümkün olacaq.

 

 

MEDVEDEV MƏMMƏDYAROVA NİYƏ ÜMİD VERDİ?

 

 

Azərbaycandakı Moskvadakı görüşdən sonra Azərbaycan tərəfdən hələ ki, rəsmi bəyanat budur ki, Rusiya Qarabağın həllində aktivləşib, bu da ümid verir. Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib ki, o, bu qənaətə Rusiyanın prezidenti Medvedevlə İlham Əliyev ikilikdə görüşəndən sonra gəlib.

 

 

«AZƏRBAYCAN MƏMURLARI NİYƏ BELƏ SADƏLÖVHDÜR»

 

 

Politoloq deyir ki, indi Qarabağla bağlı heç bir danışıq yoxdur. Soruşuruq ki, bəs onda Vəfa müəllim, Məmmədyarova ümid verən nədir?

 

 

«Mən inanmıram ki, kimsə Məmmədyarova ümid verib, onun özünün danışığından ümidsizlik gəlir, konkret heç nə demir axı!... 15 dəfədən artıq görüş olub bütün Rusiya prezidentləri ilə. Amma hələ ki, ortada bir şey yoxdur. Bu Azərbaycan məmurları nə qədər sadəlövhdürlər».

 

 

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Moskvanın aktivləşməsi onunla bağlıdır ki, Rusiya Azərbaycanı Qərbdən uzaqlaşdırmaq istəyir, yəni, Rusiya bilir ki, Azərbaycan «Madrid prinsipləri» ilə razı deyil, amma Qərb bu prinsipləri dəstəkləyir, indi istəyir ki, Azərbaycanı inandırsın ki, Qərblə yox, Rusiya ilə qalmaq, razılaşmanı Prezidentlər Moskvada, 17 iyul 2009

 

imzalamamaq lazımdır: «Bu hal Prezidentlər Moskvada, 17 iyul 2009

 

Rusiyaya sərf eləyir ki, münaqişə nə hərb, nə sülh vəziyyətində qalsın».

 

 

ZƏRDÜŞT ƏLİZADƏ: «RUSİYA AZƏRBAYCANIN XEYRİNƏ ERMƏNİSTANA GÜZƏŞTLƏRİ AZALDA DA BİLƏR»

 

 

Başqa bir politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiya Bakı ilə yaxınlaşmaqda maraqlıdır, çünki Azərbaycanda enerji maraqları var, Azərbaycan Orta Asiya neft-qaz ehtiyatları üçün Rusiyayla tranzit əməkdaşlığı edə bilər. Zərdüşt Əlizadə inanır ki, bu maraq naminə Rusiya hətta Ermənistana güzəştlərini Azərbaycanın xeyrinə azalda bilər.

 

 

Amma politoloq Zəfər Quliyev deyir ki, o, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində aktivləşmə görmür, indiyə kimi Azərbaycan və Ermənistan prezidentlərinin Sürixdəki görüşünü Fransa, Praqa görüşünü Amerika təşkil eləmişdi, indi də növbə Rusiyanındır:

 

 

«Moskvadakı görüşlərə o biri həmsədr ölkələr də narazılıq bildirmirlər, bu, razılaşdırılmış bir prosedurdur».

 

 

ZƏFƏR QULİYEV: «RUSİYA AKTİVLƏŞSƏ DƏ BU TƏHLÜKƏLİ DEYİL»

 

 

Zəfər Quliyev deyir ki, axır bir neçə görüşün Rusiya ərazisində keçirilməsində səbəb budur ki, Kremlin Cənubi Qafqaza təsir imkanı daha çoxdur. Ekspert deyir ki, Rusiyanın aktivləşməsi təhlükə törətmir, çünki bütün hallarda son sözü Azərbaycan prezidenti və xalqı deyəcək.

 

 

Əliyevlə Sarkisyan axırıncı dəfə keçən həftə Moskvada görüşüblər. Bundan qabaqkı görüş bir ay əvvəl, iyunun 4-də Sankt-Peterburqda olmuşdu. Keçən ilin noyabrında Moskvada «Mayn Dorf» sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri münaqişənin nizamlanması ilə bağlı «Moskva bəyannaməsi» qəbul eləmişdilər.

 

http://www.azadliq.org/content/article/1781288.html

 

 



   

Oxunub: 395     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
30.07.2010
 Qarabağ separatçılarının rəhbəri: «Heç bir muxtariyyatdan söhbət gedə bilməz»
30.07.2010
 “Bakı münaqişənin həllində yenilənmiş Madrid prinsiplərini əsas tutur”
30.07.2010
 Ziyafət Əsgərov: “NATO Parlament Assambleyasının prezidenti söz verdi ki, payızda Dağlıq Qarabağ məsələsinə baxılacaq”
29.07.2010
 Erməni sosioloq: «Yerevan danışıqlar prosesindən çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır»
29.07.2010
 Ross Uilson: “Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq”
29.07.2010
 Həmsədrlər Vyanada bir araya gəldilər
29.07.2010
 Politoloq: “Rusiya müsbət addımlar atmasa, Azərbaycan gələn il Qəbələ RLS-in boşaldılmasına qərar verə bilər”
28.07.2010
 Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir
28.07.2010
 Svante Kornell: “Dağlıq Qarabağ problemi Kosovo məsələsindən köklü surətdə fərqlənir”
27.07.2010
 Almaniyalı diplomat: “Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100