AZ    RU    EN

   
    Ana səhifə            Forum            Keçidlər            Haqqımızda            Bloqqerler            Əlaqə          

        

 
 

Facebook/karabakhblog
 
 Fotoqalereya

Abidələr

Şuşa bu gün

Abidələr

Abidələr

Şuşa bu gün

digər şəkillər

 

 

 

 

 

 

 

 

 

twitter.com/karabakhblog
 
 

Qarabağ abidələri
 
Azərbaycan XİN rəhbəri Fransa Prezidentinin müşaviri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
06.03.2010, 15:13

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisə səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozinin xarici siyasi məsələlər üzrə köməkçisi Jan David Levit ilə görüşüb. Bu barədə Trend News-a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. XİN başçısı Azərbaycanın mövqeyini fransalı müşavirin diqqətinə çatdırıb.

Öz növbəsində fransalı diplomat deyib ki, Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə məsələyə şəxsi müdaxilə və münaqişənin nizamlanmasına dair səylərin davam etdirilməsi ilə bağlı verdiyi vəd qüvvədə qalır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

 

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.



   

Oxunub: 32     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  
  Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 
 
 
SON XƏBƏRLƏR  
30.07.2010
 Qarabağ separatçılarının rəhbəri: «Heç bir muxtariyyatdan söhbət gedə bilməz»
30.07.2010
 “Bakı münaqişənin həllində yenilənmiş Madrid prinsiplərini əsas tutur”
30.07.2010
 Ziyafət Əsgərov: “NATO Parlament Assambleyasının prezidenti söz verdi ki, payızda Dağlıq Qarabağ məsələsinə baxılacaq”
29.07.2010
 Erməni sosioloq: «Yerevan danışıqlar prosesindən çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır»
29.07.2010
 Ross Uilson: “Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq”
29.07.2010
 Həmsədrlər Vyanada bir araya gəldilər
29.07.2010
 Politoloq: “Rusiya müsbət addımlar atmasa, Azərbaycan gələn il Qəbələ RLS-in boşaldılmasına qərar verə bilər”
28.07.2010
 Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir
28.07.2010
 Svante Kornell: “Dağlıq Qarabağ problemi Kosovo məsələsindən köklü surətdə fərqlənir”
27.07.2010
 Almaniyalı diplomat: “Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”
Digər xəbərlər
 
 
 
 
 
 

Youtube/Karabakhblog
 
 Videolar

 
 
 
 

 
 

 
 
 
 
 
 

 

 

Copyright 2009 karabakhblog.com. All rights reserved.
Powered by NextPoint LLC

Rambler's Top100