karabakhblog.com - http://karabakhblog.com
Jurnalist Tomas de Vaal: “Qarabağ münaqişəsi “dondurulmuş” yox, “yatmış” bir münaqişədir”
http://karabakhblog.com/articles/674/1/
Dərc olunub 10.03.2010, 12:56
 
Jurnalist Tomas de Vaal: “Qarabağ münaqişəsi “dondurulmuş” yox, “yatmış” bir münaqişədir”

“Qarabağ-Azərbaycan münaqişəsini dondurulmuş adlandırmaq olmaz. Qafqazda dondurulmuş münaqişə yoxdur və Qarabağ problemi ən azından “yatmış” bir münaqişədir. RİYAD MEDİA-nın Panarmenian saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Yerevanda (İrəvan) “Qarabağ münaqişəsinin həlli yolları: reallıqlar və qeyri-reallıqlar” mövzusunda keçirilən konfransda ekspert, jurnalist Tomas de Vaal bildirib.

Ekspertin sözlərinə görə, Qarabağ probleminin açarı Qarabağın statusu məsələsidir.

O, qeyd edib ki, münaqişə zonasında sülhün olması üçün sülhün olmalıdır: “Erməni və Azərbaycan xalqları arasında əlaqə yaratmaq lazımdır. Danışıqlar zamanı Qarabağa müstəqillik verilməsi deyil, status məsələsi müzakirə olunur. Bu da yalnız təhlükəsiliyə təminat verilməsi ilə ola bilər”.

Tomas de Vaal həmçinin onu da əlavə edib ki, münaqişənin həll yolu, münaqişədə olan xalqların öz əllərindədir.Ekspert bildirib ki, status-kvonun saxlanılması rəsmi Bakını qane etmir: “Qısa müddət ərzində Qarabağ münaqişə zonasında müharibənin olması gözlənilmir, lakin 5-10 ildən sonra Azərbaycanın bu metoddan istifadə etməsi qaçılmazdır”Onun fikrincə, AB bu münaqişənin həllində aktiv olmalı və tərəflərin bir-birinə etimad etməsi üçün onlara dəstək verməlidir.