03.09.2009, 15:19
“ATƏT-in Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrlərinin dəyişdirilməsi hələlik söz-söhbət səviyyəsindədir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı başlanmış prosesin Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin oktyabrında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilməsi gözlənilən görüşünə mütləq müəyyən təsir göstərəcəyini bildirib: “Hələlik görüşün olub-olmayacağını deyə bilmərəm, amma proses həmin görüşə mütləq müəyyən təsir göstərəcək” .Bakı. Laçın Sultanova-APA.