|
|
|
|
|
|
|
| (Səhifə 1, cəmi 186) « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli » |
Qarabağ separatçılarının rəhbəri: «Heç bir muxtariyyatdan söhbət gedə bilməz»
30.07.2010, 17:50
|
|
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Dağlıq Qarabağın Azərbaycanın tərkbinidə istənilən geniş muxtariyyat statusu almasına razılıq verməyəcəklərini iddia edib.
|
“Bakı münaqişənin həllində yenilənmiş Madrid prinsiplərini əsas tutur”
30.07.2010, 17:06
|
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. Xarici İşlər Naziriliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı L.Ayala Azərbaycandakı inkişafın onda yüksək təəssürat yaratdığını qeyd edərək, xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib.
|
Ziyafət Əsgərov: “NATO Parlament Assambleyasının prezidenti söz verdi ki, payızda Dağlıq Qarabağ məsələsinə baxılacaq”
30.07.2010, 13:55
|
|
“Ötən sessiyada NATO Parlament Assambleyasının sədri Con Tannerlə görüşərkən belə bir tələb ortaya qoydum ki, nəyə görə bu hərbi-siyasi təşkilat Dağlıq Qarabağ məsələsinə münasibət bildirmir. Con Tanner də bizim tələbimizi anlayışla qarşıladı və söz verdi ki, payızda bu məsələyə baxılacaq. Dağlıq Qarabağ münaqişəsinə Avropa Şurası, Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası münasibət bildirib.
|
Erməni sosioloq: «Yerevan danışıqlar prosesindən çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır»
29.07.2010, 14:33
|
|
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesini tərk etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, bunu «Sosiometr» Sosioloji Mərkəzinin direktoru Aqaron Adibekyan bildirib.
|
Ross Uilson: “Ermənistan və Azərbaycan arasında nizamlanma olmasa, regionda sülhməramlı, yaradıcı layihə və planları sona çatdırmaq asan olmayacaq”
29.07.2010, 12:52
|
|
ABŞ-ın Türkiyə və Azərbaycandakı keçmiş səfiri, Vaşinqtondakı Atlantika Şurası Avrasiya Mərkəzinin direktoru Ross Uilson (Ross Wilson) Konqresi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, cənab Uilson bunu “Türkiyənin yeni xarici siyasət istiqaməti: ABŞ-Türkiyə münasibətlərinə təsiri” mövzusunda iyulun 28-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
|
|
| (Səhifə 1, cəmi 186) « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli » |
|
| |
|
|
|